Fransız baş redaktor Azərbaycandan üzr istədi

Fransız baş redaktor Azərbaycandan üzr istədi
  09 Noyabr 2014    Oxunub:1838
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransada fəaliyyət göstərən “LEquipe” qəzetinin elektron resursunda noyabrın 6-da ölkəmizin “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, məsələnin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün Fransadakı səfirliyimizə təlimat verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, narahatlıq doğuran bu məsələ səfirlik tərəfindən qəzetin baş redaktoru Fabrice Jouhaudun diqqətinə çatdırılıb. Baş redaktor Fabrice Jouhaud qəzetin saytında “Qarabağ” futbol klubu ilə əlaqədar işıqlandırılan məlumatın səhv olduğunu etiraf edərək, bundan təəssüfləndiyini bildirib. O, Azərbaycan ictimaiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib və səhvin aradan qaldırıldığını diqqətə çatdırıb. Məqalənin redaktə edilmiş yeni versiyasını aşağıdakı linkdən oxumaq mümkündür: https://azvision.az/redirect.php?url=http://www.lequipe.fr/Football/Actualites/On-parie-qu-ils-vont-marquer/512596

Qeyd edək ki, “LEquipe” qəzetinin saytı Azərbaycanın “Qarabağ” futbol klubunu Ermənistan komandası kimi təqdim etmişdi.


Teqlər:  



Xəbər lenti