Milli Şura mitinq keçirdi - FOTOLAR

Milli Şura mitinq keçirdi - FOTOLAR
  09 Noyabr 2014    Oxunub:5424
Bu gün saat 15:00-da “Məhsul” stadionunda radikal müxalifətin Milli Şurasının icazəli mitinqi keçirilib.

Facebook sosial şəbəkəsində mitinqə həsr olunmuş çağırışda dəvət olunmuş 57 min nəfərdən 1300-ü ora gedəcəyini bildirmişdi. Amma mitinqdə adam keçən dəfəkindən də az görünür. Yada salaq ki, ötən mitinqə rəsmi məlumata görə 900 adam qatılmışdı.



Budəfəki mitinqdə 700-ə yaxın insan iştirak edib.

Mitinq zamanı müxalifətçilərin səsgücləndirici aparatlarında problem yaranıb və onlar bunu işıqların söndürülməsi kimi qələməyə verməyə çalışıblar. Amma AzVision.az-ın hadisə yerində olan müxbiri işıqların söndürülmədiyini bildirir.

Qeyd edək ki, bu dəfəki mitinqdə heç bir xarici diplomat iştirak etməyib. Qadınlar da çox az olublar.

***

Bu mitinqə Müsavat təmsilçilərindən ancaq Qubad İbadoğlu qatılıb, o da aksiyanı yarımçıq tərk edib.
Ötən aksiyada çıxış edən Gültəkin Hacıbəyli iştirakçıların arasında olsa da, ona söz verilməyib.

***

Milli Şuranın mitinqi başa çatıb.


Qalereya




Teqlər:  



Xəbər lenti