Sürücülərə şad xəbər - yol açıldı

Sürücülərə şad xəbər - yol açıldı
  10 Noyabr 2014    Oxunub:1909
Bakıda böyük tıxaca səbəb olan yol açıldı.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən AzVision.az xəbər verir ki, Gülayə Qədirbəyova küçəsində yolda aparılan təmir işləri başa çatıb. Bu səbəbdən də nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, həmin küçədə təmir aparılarkən Bakıda görünməmiş tıxac yaranmışdı. Belə ki, Koroğlu Rəhimov küçəsi ilə Gülayə Qədirbəyova küçəsinin kəsişməsində aparılan yol təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektində, Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində, Neftçilər prospekti Dəniz Vağzalının qarşısında tıxac yaranmışdı.


Teqlər:



Xəbər lenti