Qızın alt paltarından narkotik çıxdı - FOTO

Qızın alt paltarından narkotik çıxdı - FOTO
  10 Noyabr 2014    Oxunub:1608
Bakıda məhkumla görüşə gəlmiş dayısı qızının alt paltarında narkotik maddə aşkar edilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, 1-ci Alatava, ev 16-da qeydiyyatda olan vətəndaş Tamilla Maqsudovna Ağayevanın və dayısı qızı Zaqatala şəhəri, Təbriz küçəsi, ev 31A-da qeydiyyatda olan vətəndaş Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı vətəndaş E.E.İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, Emin Cəfərli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti