Nəqliyyat işçilərinin maaşı artdı
2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqısı 1,7 faiz artaraq 538,9 manat olub, bu göstərici hava nəqliyyatında 786,2 manat, dəniz nəqliyyatında 736,8 manat, metro nəqliyyatında 587,2 manat, avtomobil nəqliyyatında 530,7 manat, dəmir yolu nəqliyyatında isə 254,9 manat təşkil edib. Əməkhaqqı metro nəqliyyatında 10,8 faiz, avtomobil nəqliyyatında 6,8 faiz, dəmiryol nəqliyyatında 5,2 faiz, dəniz nəqliyyatında isə 1,1 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,1 min nəfər, bir işçinin orta aylıq əməkhaqqısı isə 10,2 faiz artaraq 736,7 manat olub.







Vaxtında, Aydın, Lazımlı!


