İlham Əliyev Macarıstana niyə gedib? - ŞƏRH

İlham Əliyev Macarıstana niyə gedib? - ŞƏRH
  11 Noyabr 2014    Oxunub:3524
“Prezident İlham Əliyevin Macarıstana səfəri bizim üçün mühüm əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, Macarıstan həm NATO, həm də Avropa İttifaqı ölkəsidir, Azərbaycanın xarici siyasətində AvroAtlantik məkana inteqrasiyası məsələsi xüsusi önəm kəsb edir. Bu baxımdan Macarıstan səfəri və bu dövlətlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin inkişafı üçün yeni imkanlar açılmış olacaq”.

Bu fikirləri AzVision.az-a politoloq Elman Nəsirov Azərbaycan prezidenti İlham Əliyevin ötən gün başlayan Macarıstan səfərini şərh edərkən deyib. O vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri sırasında Macarıstanla ikitərəfli münasibətlər formatı öncül mövqeyə malikdir:

“Azərbaycan prezidenti də dəfələrlə bunu qeyd edib ki, ikitərəfli formatda münasbitələr yüksək inkişaf tempinə malik odluqda, bu, çoxtərəfli formatda da özünü göstərir. Yəni, çoxtərəfli formatda da Azərbaycanın mövqeləri güclənir. Eyni zamanda həm iqtisadi ticarət, həm də siyasi dialoq sahəsində və bundan başqa enerji təhülkəsizlyii məsələsində münasibətlərin daha da inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Bütövlükdə bu qənaətə gəlmək olar ki, belə səfərlər Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

Politoloq hesab edir ki, Ermənistan dövləti 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini keçirməyə hazırlaşdığını da nəzərə almaq lazımdır:

“Erməni lobbisi və diasporası bu istiqamətdə çox böyük fəallıq nümayiş etdirir. Belə səfərlər nəticə etibarilə səfər edilən dövlətlərin həm mövqeyinin müəyyən edilməsi, həm də əsl həqiqətlərin çatdırılması baxımından əhəmiyyətlidir. Başqa sözlə, bu, Ermənistanın dezinfomasiya maşının yaratdığı yalanların ifşası baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, prezident İlham Əliyev ötən gün Macarıstana rəsmi səfərə yola düşüb. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun sözlərinə görə, səfər çərçivəsində mülki aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması gözlənilir.

Bundan əlavə, səfərə qədər strateji tərəfdaşlıq sazişi üzərində işi bitirmək nəzərdə tutulub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti