Ramil Usubov yeni rəisi təqdim etdi

Ramil Usubov yeni rəisi təqdim etdi
  11 Noyabr 2014    Oxunub:1504
Daxili işlər naziri Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimovu şəxsi heyətə təqdim edib. Nazir idarənin yeni rəisinə uğurlar arzulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov isə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Onu da qeyd edək ki, R.Usubov bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovu şəxsi heyətə təqdim etmişdi (APA).


Teqlər:





Xəbər lenti