ANS deputatın qardaşını məhkəməyə verdi - ÖZƏL

ANS deputatın qardaşını məhkəməyə verdi - ÖZƏL
  11 Noyabr 2014    Oxunub:9957
ANS Şirkətlər Qrupuna daxil olan “ANS-Kommers” Şirkəti "AzQTel" MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İqtisad Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, ilk məhkəmə iclası hakim İlham Əhmədovun sədrliyi ilə oktyabrın 27-də keçirilib.

ANS-in "AzQTel" MMC-i hansı səbəbdən məhkəməyə verməsi açıqlanmır.

Qeyd edək ki, “AzQTel” 2005-ci ildə yaradılan Azərbaycan telekommunikasiya şirkətidir. Şirkətin rəhbəri millət vəkili Asim Mollazadənin qardaşı, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Ceyhun Mollazadədir.



Şirkətin məhsullarından biri “Sazz 4G”-dir. “Sazz 4G” Azərbaycanda yüksək sürətli internet provayderidi. Bu xidmətdən Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərləri, o cümlədən Abşeron yarımadasının bəzi yerlərində istifadə etmək olar. Şirkət Azərbaycanda 4G şəbəkəsində xidmət göstərən ilk provayderdir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti