Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq
  12 Noyabr 2014    Oxunub:1515
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və cənub-şərq küləkləri əsəcək. Havanın temperaturunun gecə saatlarında 8-11 dərəcə isti, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də yaxın üç gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı ehtimalı var. Bölgələrdə də mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun aran rayonlarında gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti olacağı ehtimal olunur. Yaxın üç gündə bu cür mülayim hava şəraitinin davam edəcəyi gözlənilir.


Teqlər:



Xəbər lenti