Deputatın qardaşını məhkəməyə verən ANS niyə susur?

Deputatın qardaşını məhkəməyə verən ANS niyə susur?
  12 Noyabr 2014    Oxunub:2229
Ötən gün xəbər verdiyimiz kimi, ANS Şirkətlər Qrupuna daxil olan “ANS-Kommers” Şirkəti millət vəkili Asim Mollazadənin qardaşı, Ceyhun Mollazadəyə məxsus"AzQTel" MMC-ni məhkəməyə verib.

AzVision.az məsələnin mahiyyətini öyrənmək üçün “ANS-Kommers” şirkəti ilə əlaqə saxlayıb. Bir neçə dəfə cəhd etsək də şirkətdən bu haqda məlumat verməyiblər.

ANS-dən “biz bu haqda mətbuata heç bir məlumat verə bilmərik deyə” bildirilib.

Qeyd edək ki, “AzQTel” 2005-ci ildə yaradılan Azərbaycan telekommunikasiya şirkətidir. Şirkətin məhsullarından biri “Sazz 4G”-dir. “Sazz 4G” Azərbaycanda yüksək sürətli internet provayderidi. Bu xidmətdən Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərləri, o cümlədən Abşeron yarımadasının bəzi yerlərində istifadə etmək olar. Şirkət Azərbaycanda 4G şəbəkəsində xidmət göstərən ilk provayderdir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti