`İşdən öz ərizəmlə çıxmışam` - Cahangir Qocayev

`İşdən öz ərizəmlə çıxmışam` - Cahangir Qocayev
  12 Noyabr 2014    Oxunub:2889
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev vəzifəsindən azad edilib.

Cahangir Qocayev Azvision.az-a açıqlamasında bu faktı təsdiqləyib. Keçmiş şöbə müdiri bildirib ki, işdən azad olunması üçün özü ərizə yazıb.

“Pensiya yaşım çatdığı üçün öz ərizəmlə işdən çıxmışam”

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə C.Qocayevin işdən çıxması ilə əlaqədar kütləvi informasiya vasitələri ilə işlərin aparılması və bu sahədə əlaqələndirmənin təmin edilməsi müvəqqəti olaraq Komitənin Aparatının rəhbəri Elmar Hüseynzadə tərəfindən həyata keçiriləcək.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti