`Türkiyə həmişə Azərbaycana dəstək olacaq` - Generel

`Türkiyə həmişə Azərbaycana dəstək olacaq` - Generel
  12 Noyabr 2014    Oxunub:1461
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atayı qəbul edib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ötən gün Bakıya rəsmi səfəri başlayan Abdullah Atay görüş zamanı Türkiyənin həmişə Azərbaycana dəstək olacağını vurğulayıb:

Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlrini xatırladan A.Atay vurğulayıb ki, Türkiyə öz ordusunun təcrübəsini qardaş xalqla bölüşməyə hazırdır.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti