3324 nəfərin namizədliyi qeydə alınıb

3324 nəfərin namizədliyi qeydə alınıb
  12 Noyabr 2014    Oxunub:1225
“İndiyə kimi Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1578-nə 22 821 nəfər öz namizədliyini irəli sürüb”. AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, namizədliyini verənlərin 16 205 nəfəri kişi, 6 616 nəfəri isə qadındır:

“İndiyədək 18 453 imza vərəqəsi götürülüb, artıq doldurulmuş 8 283 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib. Ümumilikdə 8 781 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb, 406 nəfərin namizədliyini təşəbbüs qrupları verib, 13 624 nəfərin namizədliyi isə partiyalar tərəfindən irəli sürülüb. Bu günə qədər 3 324 nəfərin namizədliyi qeydə alınıb”.


Anar Kəlbiyev



Teqlər:



Xəbər lenti