“Düşmən layiqli cavabını aldı” - Deputat
Deputat qeyd edib ki, mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası silahlı qüvvələrimiz tərəfindən layiqli cavabını alıb.
“Bununla da Ermənistan provokasiyalarının cavabsız qalmayacağı barədə Azərbaycan tərəfinin çoxsaylı bəyanatlarının konkretliyi göründü .
Düşmən növbəti dəfə hərbimizin gücünü öz üzərində hiss etdi. Bu ilin avqust ayındakı mövqelərimizə həmlələri zamanı aldığı cavab onlar üçün görünür azlıq etmişdi.
Hərbi paradlarımız zamanı nümayiş etdirilən hərbi texnika, cəbhə bölgələrimizdəki hərbi hazırlığın vəziyyəti və ölkə rəhbərliyimizin verdiyi sərt bəyanatlar Ermənistana heç nə başa salmadığı aydın olur”.
A.Mirzəzadənin sözlərinə görə, torpaqlarımızı işğal edən və onları azad etməkdən imtina edən, beynəlxalq hüquq normalarına riayət etməyən ölkə bunun özü üçün ağır nəticələrinin olacağının fərqinə varmalı idi.
“Ermənistan rəhbərliyi 1991994-cü illərin eyforiyasından ayılmalı və Azərbaycanın işağlla barışmayacağının özü üçün aydınlaşdırmalı idi.
Bu gün Azərbaycan əsgəri Ermənistana yaxşı bir dərs keçdi və provokasiyalar olacağı halda növbəti addımlarını atmağa hazır olduğunu bir daha göstərdi.
Azərbaycan silahı, Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin ərazi bütövlüyümüzlə bağlı qətiyyəti göz qarşısındadır. Ancaq müharibənin və işğal siyasətinin əldən saldığı Ermənistanın isə artıq bizimlə silah gücü ilə danışmağa gücü qalmayıb. Onun ərazi bütövlüyümüzə hörmət etməkdən baçqa digər çıxış yolu isə yoxdur”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


