“Ermənistana ciddi təzyiq göstərilməlidir” - Vitse-spiker

“Ermənistana ciddi təzyiq göstərilməlidir” - Vitse-spiker
  13 Noyabr 2014    Oxunub:2294
“Kəlbəcərdə girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması məsələsi beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Onların qaytarılması üçün Ermənistana ciddi təzyiq göstərilməlidir”.
Bunu AzVision.az- a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O, qeyd edib ki, Beynəlxalq təşkilatlar Ermənistan tərəfinin girovluğunda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması ilə bağlı artıq ciddi addımlar atmalıdırlar:

“Ermənilər konsturiktiv məcrada hər hansı bir addım atmağa qadir deyillər. Bunu da öz hərəkətləri ilə sübut edirlər. ATƏT-in Minsk Qrupunun sədri olan ölkələr bundan xəbərsiz olduqlarını bəhanə gətirərək münasibət bildirməkdən çəkinirlər. Amma onlar helikopterin vurulması məsələsinə anındaca münasibət bildirdilər. Azərbaycana qarşı bu cür ikili standartların özü narahatvericidir. Vertolyotun vurulmasına görə narahatlıq hissi keçirənlər, vətəndaşlarımızın qondarma ittihamlarla girov görtülmələri, əziyyət çəkmələri və təziqə məruz qalmaları ilə da bağlı öz fikirlərini bildirməlidirlər. Onlar bu kimi məsələlərə öz münasibətlərini bildirmədikləri təqdirdə regiondakı vəziyyət daha da gərginləşə bilər. Girovların qaytarılması məsələsi Beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Belə hadisələrin qarşısını almaq üçün Ermənistana ciddi təzyiq göstərilməlidir. Bunu hər kəs bilir ki, nə vurulan helikopter Dağlıq Qarabağa məxsus deyil, nədə ki, həmin şəxslər Qondarma Dağlıq Qarabağ deyilən qurumun sərhəddlərini pozduqlarına görə tutulmayıblar. Onlar öz ərazilərinə getdikləri üçün Ermənistanın müvafiq qüvvələri tərəfindən tutulublar. Erməni tərəfi sonradan bu bu məsələni Dağlıq Qarabağın sərhəddlərinin pozulması kimi gündəmə gətirib. Bu da Dağlıq Qarabağın tanıdılması istiqamətində Ermənistan tərəfinin planlaşdırdığı addımdır”.

Bahar Muradova azərbaycanlı girovların qondarma məhkəmə qarşısına çıxarılması məsələsinə də münasibət bildirib:

“Bu məsələ qeyri-qanunidir. Buna Beynəlxalq təşkilatlar öz münasibətlərini bildirməlidirlər. Çünki bu qondarma qurum heç kəs tərəfindən tanınmayıb. Beynəlxalq təşkilatlar da bu qurumu müstəqil kimi tanımayıblar. Tanınmayan bir qurumun sərhədləri ola bilməz. Tanınmayan bir qurumun olmayan məhkəmə sistemin adından çıxarılan hökmün heç bir əhəmiyyəti ola bilməz. Onların hüququ yoxdur ki, istənilən Azərbaycan vətəndaşını məhkəmə qarşısına çıxarsınlar, hökmlər versinlar. Beynəlxalq təşkilatlar mümkün qədər tez bu məsələnin həlli istiqamətində ciddi addımlar atmalıdırlar”.

Xatırladaq ki, ermənilər Kəlbəcər rayonunun ərazisində yaxınlarını qəbirlərini ziyarətə getmiş 3 nəfər azərbaycanlıya hücum ediblər. Onlardan biri öldürülüb, ikisi isə saxlanılıb.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti