Hərbçilərimiz Türkiyəyə gedir

Hərbçilərimiz Türkiyəyə gedir
  15 Noyabr 2014    Oxunub:1527
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.Az-a verilən məlumata görə, noyabrın 17-dən 18-dək Türkiyənin Ankara şəhərində Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini ziyarəti, noyabrın 17-dən 21-dək Almaniyanın Oberammerqau şəhərində NATO qərargah zabitləri üçün tanışlıq kursu və İstanbul şəhərində Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti