AZAL-dan Naxçıvan açıqlaması: Narahat olmayın
“Bu gün uçan təyyarələrin hamısı doludur və təsdiq olunmuş qrafik üzrə 4 reys var. Sərnişinlərin sayı çox olduğu üçün əlavə bir dənə də əlavə reys ayrılıb. Narahatçılığa heç bir əsas yoxdur. Təyyarələrimiz Ermənistanın hava məkanından istifadə etmir, Naxçıvana təyyarələr İran hava məkanı üzərindən uçurlar”.
Qeyd edək ki, noyabrın 12-də Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Bu hadisədən sonra isə Naxçıvana təyyarə ilə getmək istənlərin sayının azalması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


