Səxavət Əlisoy Arif Hacılını `yıxıb-sürüdü`

Səxavət Əlisoy Arif Hacılını `yıxıb-sürüdü`
  17 Noyabr 2014    Oxunub:1719
“Saxtakar saydığım başqanın, Divanın, qurumların başqa yolları yox idi. Onlar demokratiya, fikir azadlığı qarşısında acizdirlər. Onlar yalnız Müsavatı zavod kimi, fabrik kimi işlətmək barədə düşünürlər”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyadan uzaqlaşdırılması haqda qərara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, partiyadan çıxarılacağından bir həftə əvvəldən xəbərdar olub:

“Bir müddət əvvəl partiyadan çıxarılacaq adamların siyahısını açıqlamışdım, o siyahını gerçəkləşdirirlər. O vaxt onlar bunu dansa da indi reallaşdırırlıar. Müsavat Partiyasında saxtakarlığı ört-basdır etmək üçün siyasi repressiyalara start verilib. İnanıram ki, bunun qarşısını növbədənkənar qurultay alacaq. Onların məni partiyadan uzaqlaşdırmağının heç bir önəmi yoxdur. Nəticələri qeyri-legitim saydığımıza görə bizi uzaqlaşdırırlar. Bunun heç bir önəmi yoxdur biz növbədənkənar qurultay çağırmağa nail olacağıq. Bundan sonrakı siyasi fəaliyyətim də yalnız buna nail olmaq istiqamətində olacaq”.

Partiyadan çıxarılması ilə bağlı İsa Qəmbərlər görüşüb-görüşməyəcəyinə gəlincə isə S.Əlisoy bildirib ki, heç kimlə görüş keçirmək fikrində deyil:

“Müsavatın qurultayını qeyri-legitim sayan dostlarla müzakirələrimiz davam edir və bu gün də o müzakirələr olacaq”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti