Kolbasadan görün nə çıxdı - Foto

Kolbasadan görün nə çıxdı - Foto
  17 Noyabr 2014    Oxunub:2287
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 177.2.1 maddəsinə əsasən həbs edilmiş şəxs Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman, kolbasanın içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti