Heydər Əliyev irsi ilə bağlı şagirdlərə dərs keçiriləcək

Heydər Əliyev irsi ilə bağlı şagirdlərə dərs keçiriləcək
  17 Noyabr 2014    Oxunub:2605
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək.
Bakının bütün ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı dərslər keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə keçiriləcək dərslər noyabrın 18–dən başlanacaq və mayın 4–dək davam edəcək.

Görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilən dərslər gənclərin inkişafı üçün olduqca əhəmiyyətlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti