Hava dumanlı olacaq

Hava dumanlı olacaq
  18 Noyabr 2014    Oxunub:1313
Bu gün ölkə ərazisində çiskinli, dumanlı hava olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Şimal küləyi əsəcək. Temperatur gecə 7-10 dərəcə, gündüz 11-13 dərəcə isti olacağı ehtimal olunur.

Noyabrın 18-i rayonlarda gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacaq. Əsasən şimal və şərq rayonlarında yağıntı olacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Aran rayonlarında temperatur gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:  



Xəbər lenti