QMİ-nin binası və “Təzə Pir” məscidi söküləcək?

QMİ-nin binası və “Təzə Pir” məscidi söküləcək?
  18 Noyabr 2014    Oxunub:11250
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Bakının "Sovetski" adlanan ərazilərində yerləşən binaların söküntüsü ilə bağlı açıqlama verilib.
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən açıqlamada qeyd edilib ki, söküntü işlərinin QMİ və “Təzə Pir” məscidi ilə heç bir əlaqəsi ola bilməz:

“Çünki bizim idarə Prezidentin sərəncamı ilə tikilib. Məscid abadlaşdırılıb. Məscidin ətrafında idarənin inzibati binası, Bakı İslam Universiteti inşa edilib. Orada mərasim zalları tikilib. İdarənin ətrafında yalnız abadlaşdırma işləri və park salına bilər. Bizim kompleksin sökülməsi ilə bağlı heç bir söhbət gedə bilməz”.

QMİ-dən həmçinin bildirilib ki, həmin ərazidə aparılan söküntü işləri idarə və məscidin ətrafında müəyyən dəyişikliklərin baş verəməsinə səbəb ola bilər:

“Məscidin ətrafında yalnız yaşıllaşdırma işləri və yollar salına bilər. Məscidin ətrafı genişlənərsə, ora daha da gözəlləşər. Bu isə ora gələn qonaqlara da müsbət təsir edər. Yəqin ki çox az dəyişikliklər edilər”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti