XİN Apple-nin Azərbaycan təxribatını araşdırır

XİN Apple-nin Azərbaycan təxribatını araşdırır
  18 Noyabr 2014    Oxunub:1999
Xarici İşlər Nazirliyi Apple şirkətinin "iPhone" telefonlarında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində yerləşən Azərbaycan ərazilərinin Ermənistan ərazisi kimi təqdim edilməsinə münasibət bildirib.

XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirlik bu məsələdən xəbərdardır:

“XİN artıq bu məsələdən xəbərdardır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində sosial şəbəkələrdə məlumatların paylaşılması zamanı, eləcə də GPS koordinatları axtarılan zaman yerin adı Azərbaycan deyil, Ermənistan ərazisi kimi göstərilir.

Mövcud sistem istifadəçinin düzəlişini qəbul etmədiyindən şəbəkə istifadəçisi olan şəxs telefonunda həmin səhvi də qətiyyən düzəldə bilmir. Sosial şəbəkəyə kompüter vasitəsilə daxil olduqda isə "iPhone"-un yalnız bəzi yer adları ilə bağlı yaratdığı səhvləri aradan qaldırmaq mümkün olur. Məlumat şəbəkəyə telefon vasitəsilə yerləşdirildiyindən kompüter bütün məlumatların düzəlişini qəbul etmir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti