Deputat köhnə maşınlardan gileyləndi

Deputat köhnə maşınlardan gileyləndi
  18 Noyabr 2014    Oxunub:2245
Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin Ziyad Səmədzadə ekoloji cəhətdən təmiz maşınların ölkəyə gətirilməsindən danışıb.

AzVision.az-ın məlumatına görə, komitə sədri bildirib ki, Azərbaycan “Avro-4” standartına keçsə də, problemlər mövcuddur:

“Problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır. İli köhnə olan və standartlara cavab verməyən maşınların sayı yüz minlərlədir. Bu məsələ gələcəkdə öz həllini tapacaq. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək”.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi:

“Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib”.

Komitə sədri qeyd edib ki, Azərbaycan emal sənayesini 15-20 faizə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək:

“Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət proqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparılır”.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti