Sürücülərin nəzərinə - yollar bağlanır

Sürücülərin nəzərinə - yollar bağlanır
  18 Noyabr 2014    Oxunub:1721
Bu gün axşam saat 22:00-dan etibarən Bakının üç küçəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (xətlənməsi) ilə əlaqədar M. Lermontov, Teymur Elçin və Mehdi Hüseyn küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

İşlər yaxın bir neçə saat ərzində başa çatdırılacaq.


Teqlər:



Xəbər lenti