Pullu parklama yerləri ləğv ediləcək
Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın hərəkətinə təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı 80-dən çox yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi müəyyən olunmuşdur ki, bu da xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə manelər yaradır".
K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların ləğvi ilə bağlı müvafiq tədbirlər görülür: "Hesab edirik ki, mərkəzdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində də razılaşdırılmış qaydada yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var və bu məqsədlə araşdırmalar aparılır”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


