Sərhəddə əməliyyat: 226 nəfər saxlanılıb

Sərhəddə əməliyyat: 226 nəfər saxlanılıb
  18 Noyabr 2014    Oxunub:1586
Ay ərzində dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılıb, onların 10 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Türkiyə , 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri Ukrayna vətəndaşı olub.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 10 nəfər, Xəzər dənizində 19 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti