Səhiyyə Nazirliyi Ebola üçün geyim almayıb...
Onun sözlərinə görə, Ebola virusunun yayıldığı Afrika ölkələrindən Azərbaycana gələn vətəndaşlara nəzarət olunur:
“Ebola virusu yayılan ölkələrdən Azərbaycana gələn vətəndaşlar özlərini pis hiss etdikləri halda dərhal tibbi nəzarət götürüləcəklər. Hazırda tibbi müşahidə altında olan xarici ölkə vətəndaşı yoxdur. Azərbaycanda hələ ki, bu virusa yoluxmuş insan qeydə alınmayıb.
Qeyd edim ki, Ebola virusuna qarşı yeni bir əşya və geyimlər alınmayıb. Bütün avadanlıqlar nazirlikdə əvvəlcədən var idi. Nəzarət isə Gömrük Komitəsinin Tibb Xidməti tərəfindən həyata heçirilir”, - deyə A.Qədirli qeyd edib.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bir müddət əvvəl yerli KİV-lərə açıqlamasında Səhiyyə Nazirliyinin Ebola virusundan qorunmaq üçün xüsusi geyimlər aldığını bildirmişdi.
A.Qədirli həmçinin bildirmişdi ki, xüsusi geyimlər artıq ölkəyə gətirilərək müvafiq qurumların tabeliyinə verilib. Mətbuat katibinin bugünkü açıqlaması ilə sual doğurub.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


