Zakir Həsənov generalla görüşdü

Zakir Həsənov generalla görüşdü
  19 Noyabr 2014    Oxunub:1215
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin Müdafiə naziri cənab Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.
Müdafiə Nazirliyindən AzVision.az-a daxil olan məlumata görə, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Noyabrın 19-da Müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir.

Səfər noyabrın 19-da sona çatacaq..


Teqlər:  



Xəbər lenti