Millət vəkilindən TQDK-ya təklif

Millət vəkilindən TQDK-ya təklif
  19 Noyabr 2014    Oxunub:2013
“Təklif edərdim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gürcüstanda yaşayan azərbaycanlılar üçün test imtahanı keçirsin”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib. Milli Məclisin üzvü bildirib ki, Azərbaycan universitetlərində onlara 500-700-ə yaxın yer ayrılsın:
“Onlar bizim universitetlərdə təhsil alsın, amma öz yaşadıqları yerlərə təyinat verilsin. Bununla da onların işsizlik problemi aradan qalxacaq”-deyə millət vəkili vurğulayıb.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti