`Azərbaycana haqsızlıq edirlər` - Bahar Muradova

`Azərbaycana haqsızlıq edirlər` - Bahar Muradova
  19 Noyabr 2014    Oxunub:1700
Vitse-spiker Bahar Muradova Milli Məclisdə 2015- ci ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb.

AzVision.az xəbər verir ki, vitse-spiker bildirib ki, həmkarı Azay Quliyev də dünən bu vəsaitin artıralaraq 10 milyona çatdırılmasını təklif edib:

“İndi 6 milyon nəzərdə tutulur. Mən deyə bilmərəm ki, bu çoxdur. Bunun nə qədər olacağını bilmirəm. Hər halda bu vəsait artırılmalıdır. Dünyada təhlükəli tendensiyalar artır. Bəzən biz müxtəlif məsələlərə sonradan reaksiya verməli oluruq. Amma belə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Regionda olan münaqişələr və artıq dünyanın hər yerini əhatə edir. Aparıcı dövlətlər beynəlxalq hüququnun normalarına sayğısız yanaşır.

Azərbaycana qarşı haqsızlıqlar artıb. Bəzən biz haqlı mövqeyimizi sübut etməli oluruq. Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün “İctimai iştirakçılıq haqqında” qanunun icrası istiqamətində addımlar atılmalıdır. Artıq Milli Məclis bu yöndə ilk addımı atıb. QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq memorandumu imzalayıb”.

B.Muradova qeyd edib ki, Azərbaycanda olan dini tolerantlığı ölkə daxilində və xaricində təbliğ olunması üçün dövlət bücəsindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə vəsait ayrılmalıdır:

“Sosial iqtisadi inkişafın Azərbaycan modeli dünyada rəğbətlə qarşılanır. Ölkəmizin dini tolerantlıq modelinin dünyada tanınmasına ehtiyac var. Dini tolerantlığı görənlər bunu müsbət dəyərləndirirlər. Dini Komitə ətrafında QHT-lərdən ibarət qurum yaradılmalıdır. Bu qurum Azərbaycanın tolerantlıq modelini təbliğ etməli, dini radikallığı və təhlükəli, zərərli hallarının qarşısının alınması üçün addımlar atmalıdır. Bütün bu işlər dövlət tərəfindəın maliyyələşdirilməlidir. Bu həm də xarici donorlardan asılılığı azaldılmasına gətirib çıxarar”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti