Beynəlxalq Antikorrupsiya Akademiyasının Bakı sessiyası başlayır
Tədbirə 43 ölkədən 130-dan çox nümayəndə iştirak edir. Onların arasında Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri də var.
Qeyd edək ki, Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına üzv olan dövlətlərin 2009-cu ilin noyabr ayında Qətərin Doha şəhərində keçirilmiş 3-cü illik konfransının qərarına əsasən yaradılıb.
Beynəlxalq Təşkilat kimi 08 mart 2011-ci ildən fəaliyyətə başlayan Beynəlxalq Antikorrupsiya Akademiyası korrupsiyaya qarşı mübarizə sahəsində nəzəriyyə və praktikada mövcud çatışmazlıqların aradan qaldırılmasına istiqamətlənmiş unikal institutdur.
14-15 fevral 2012-ci il tarixlərdə Akademiyanın Beynəlxalq keçid qrupunun rəhbəri cənab Martin Kreutner Azərbaycanda olub. 15 fevral 2012-ci il tarixdə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Taryel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


