Qanunsuz miqrantlarla bağlı yeni qayda

Qanunsuz miqrantlarla bağlı yeni qayda
  19 Noyabr 2014    Oxunub:1793
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi, o cümlədən saxlanılması ilə bağlı yeni qaydalar formalaşdırılır.
AzVision.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə ayrıca yeni 13-cü fəsil əlavə edilir.

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydası” adlı fəsil ümumilikdə 13 maddədən ibarətdir.

Bunlardan maddə 82 – də (Əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün əsaslar və müddətlər) əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda və müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində (bundan sonra Mərkəz) könüllü yerləşdirilməsi açıqlanır. Bunlar aşağıdakılardır:

-(82.1.1)şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vsəatətlə müraciət etdikdə - qaçqın statusu verilməsi məsələsi həll edilənədək:

-(82.1.2)şəxs qaçqın statusu aldıqda – iş və ya yaşayış yeri əldə edilənədək, lakin 3 aydan artıq olmayan müdətə;

- (82.1.3)şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda – çıxarılma üçün İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin (Miqrasiya Məcəlləsi) 79.5-ci maddəsində nəzərdə tutulmuş müddətə;

Maddədə eyni zamanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda və müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində məcburi qaydada yerləşdirilməsi də göstərilir. Bunlar aşağıdakılardır:

-(82.2.1)müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada ttuma barədə qərarı olduqda 24 saatadək;

-(82.2.2)məhkəmənin inzibati qaydada tutma barədə olduqda üç günədək;

- (82.2.3) bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda – qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə;

Maddədə o da göstərilir ki, Məcəllənin 82.1.3-cü maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikası ərazisində yaşayış yeri və ya özünün və ailə üzvlərinin minimal tələbatını ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq olunur.

Fəsildəki digər maddələr isə, “Əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin Mərkəzdə yerləşdirilməsi proseduru”, “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılmasının xüsusiyyətləri”, “Mərkəzdə rejim”, “Daxili intizam qaydaları”, “Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”, “Mərkəzdə könüllü yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”, “Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəzifələri”, “mərkəzdə tətbiq edilən tənbeh tədbirləri”, “Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mühafizəsi və onların üzərində nəzarət”, “Mərkəzin işçilərinin vəzifələri”, “Mərkəzdeə fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi” və “Mərkəzin fəaliyyətinə nəzarət” adlı maddələrdə
ibarətdir.

Layihə Milli Məclisin müzakirəsinə təqdim olunub.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti