“Korrupsiya ilə mübarizə bütün sahələrdə aparılmalıdır”
AzVision.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyasının üçüncü sessiyasında jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
O vurğulayıb ki, akademiya ilə əməkdaşlıq çərçivəsində davamlı şəkildə beynəlxalq tədbirlər də həyata keçirilib:
“Bildiyiniz kimi bu ilin iyun ayında böyük beynəlxalq konfrans keçirildi. Avropa ölkələrinin korrupsiya ilə mübarizə təşkilatlarının nümayəndələri bu konfransda iştirak etdilər və öz təcrübələrini bizimlə bölüşdülər. Prezidentin tələbi odur ki, korrupsiya ilə mübarizə bütün sahələrdə aparılmalıdır. Bununla bağlı da birinci növbədə qarşımızda beynəlxalq təcrübələrin öyrənilməsi durur. Bu akademiyanın da məqsədi elə budur. Çalışacağıq ki, sədrliyi layiqincə yerinə yetirək”.
Tariyel Həsənov







Vaxtında, Aydın, Lazımlı!


