Prezidentdən Qarabağ atları ilə bağlı SƏRƏNCAM

Prezidentdən Qarabağ atları ilə bağlı SƏRƏNCAM
  19 Noyabr 2014    Oxunub:1757
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dövlət başçısı Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədi ilə qərara alıb ki, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:



Xəbər lenti