20 Yanvar dairəsi hələ də bağlıdır - Şəhərdə tıxac var

20 Yanvar dairəsi hələ də bağlıdır - Şəhərdə tıxac var
  20 Noyabr 2014    Oxunub:3799
Ötən gün təmirə bağlanan paytaxt Bakının ən işlək yollarından biri hesab olunan 20 Yanvar dairəsi hələdə verilən vədlərə baxmayaraq hələ də açılmayıb.
AzVision.az xəbər verir ki, bu da Sumqayıtdan Bakıya gələn yolda tıxacın yaranmasına səbəb olub.

Qeyd edək ki, 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yolun bağlanması təmir işləri (yol genişlənməsi) ilə əlaqədardır. Bakı Şəhər İcra Hakimiyyətinin şəhərsalma və proqnozlaşdırma şöbəsinin yaydığı məlumata görə, dairə bu gün səhər saatlarında istifadəyə verilməli idi.

Eldar Tanrıverdiyev


Teqlər:



Xəbər lenti