3 milyard 783 milyon hara xərclənəcək?

3 milyard 783 milyon hara xərclənəcək?
  20 Noyabr 2014    Oxunub:6145
“Ordumuza ayrılan hərbi xərclərdə yeni, müasir silahların və roket komplekslərinin alınması nəzərdə tutulub. Biz silahları daim dəyişməliyik”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc deyib.

O, 2015-ci ilə dair dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclərin həcminin artırmasını ordunun daha da güclənəcəyi ilə izah edib.

“Ordumuz hazırda böyük transformasiya və islahatlar qarşısındadır. Ordumuzun beynəxlaq əlaqələri güclənir. Eyni zamanda ordunun bütün aşağı stukturları ilə əlaqələri, onun zabit və əsgər kontingentinin maddi-sosial durumu da güclənir. Keçmişdə orduya ayrılan xərclər yalnız sosial istiqamətli idi. Ölkənin hərbi sənayesinin inkişafı, xaricdən silah aslılığının aradan qaldırılması, eyni zamanda , ordunun maddi tezniki bazasının və texnoloji imkanlarının yeniləşdiriliməsi işləri həyata keçirilir. Həmin vəsaitlərin ayrılması ilə əlaqədar olaraq bu siyasət bir az da dinamik xarakter daşıyacaq. Bütün bunlar konkred əvvəlcədən hansısa ölkələrlə bağlanmış müqavilələrin nəticəsi kimi müəyyənləşib”.

Zahid Oruc həmçinin qeyd edib ki, Ermənistanın 2015-ci il üçün bütövlükdə büdcəsi 2.9 milyard dollardır:

“Ermənistan ordu xərclərinə 400 milyon dollar yaxın vəsait müəyyənləşdirib. Özünü saxta Qarabağ adlandıran bu subyektin isə 2015-ci il üçün büdcəsi 190 milyon dollar müəyyənləşdirilib. Azərbaycan büdcəsindəki bu faizlər isə Ermənistan və Qondarma Qarabağdan daha da artıqdır”.

Qeyd edək ki, maliyyə naziri Samir Şərifov 2015-ci ilə dair prezident İlham Əliyev tərəfindən təsdiqlənərək Milli Məclisə göndərilmiş dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclərin həcmini açıqlayıb.

Nazir gələn il Azərbaycanın hərbi xərclərinin 3 milyard 783 milyon manat olacağını bildirib. Bu, 2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz artıqdır.

"Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edəcək" - deyə nazir bildirib.

Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti