`Bu, Azərbaycan üçün qazanc oldu` - Tağı Əhmədov

`Bu, Azərbaycan üçün qazanc oldu` - Tağı Əhmədov
  20 Noyabr 2014    Oxunub:2745
“Yeni Azərbaycan Partiyası (YAP) yaradılandan altı ay sonra iqtidara gəldi. Hesab edirəm ki, bu, Azərbaycan üçün ən böyük qazanc oldu”.
AzVision.az xəbər verir ki, bunu SİA-ya YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov YAP-ın yaranmasının 22-ci ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.

YAP Yasamal rayon təşkilatı sədr müavininin sözlərinə görə, Azərbaycan üçün ikinci böyük qazanc YAP-ın Sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi oldu: “Üçüncü, ölkə artıq tənəzzüldən tərəqqiyə keçdi. Bu gün Azərbaycan sürətli inkişafı ilə seçilən dövlətdir. Təbii ki, bu, ölkəmizin qazancıdır. Azərbaycan xalqının ən mütəşəkkil apardığı işlərdən biri o oldu ki, 1993-cü ildə hamı bir nəfər kimi Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli Lider isə hakimiyyətə gəldikdən sonra Azərbaycanda birinci növbədə 1994-cü ilin may ayında Atəşkəs elan olundu. 1994-cü ilin sentyabr ayında “Əsrin Müqaviləsi” bağlanıldı, ordu quruculuğu yaradıldı və ordu gücləndirildi. Bu gün isə Azərbaycan demək olar ki, hər bir sahədə çox irəlidə gedən bir dövlətdir. Əgər 200 dövlətin içərisində Azərbaycan 38-ci yerdədirsə, bu, ölkəmizin labüd qələbəsidir”.


Teqlər:  



Xəbər lenti