Müsavatdan çıxanlar yeni partiya yaradır?

Müsavatdan çıxanlar yeni partiya yaradır?
  20 Noyabr 2014    Oxunub:1849
Müsavat Partiyasından çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Arif Hacılıdan narazıların yeni partiya yaradacağı haqda iddialara aydınlıq gətirib.
S.Əlisoy AzVision.az-a açıqlamasında bildirib ki, həm partiyanı tərk edənlər, həm də partiya üzvlərinin narazı kəsimi ilə hər hansı birliyin yaradılması ilə bağlı hazırda müzakirələr gedir:

“Partiya, birlik, yaxud da hər hansı mərkəzmi yaranacaq, bu, bəlli deyil. Təkcə partiyanı tərk edənlər yox, bu gün də Müsavat üzvü olanlar bu müzakirələrdə iştirak edir. Gələn həftə açıqlama veriləcək”.

Səxavət Əlisoy vurğulayıb ki, Müsavatda fraksiya yaradılması istiqamətində də müzakirələr davam edir.

Fatimə Kərimli




Teqlər:  



Xəbər lenti