“Bəs, nə edək, diplomu ataq?” – Siyavuş Novruzova cavab

“Bəs, nə edək, diplomu ataq?” – Siyavuş Novruzova cavab
  20 Noyabr 2014    Oxunub:3818
“Bəstəkar bizə haradan gələcək?”

Milli Məclisin ötən günkü iclasında YAP-çı millət vəkili Siyavuş Novruzovun “İŞİD gələn zaman bizə bəstəkar deyil, əsgər lazım olacaq” deyə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

S.Novruzovun dediyi kimi Azərbaycana bəstəkar lazım deyilmi?

Tanınmış bəstəkar Faiq Sücəddinov bu məsələ ilə bağlı fikirlərini bildirib. Bəstəkar AzVision.az-a açıqlamasında qeyd edib ki, bütün hallarda hərbi ilə bağlı musiqi və şeirlər olmalıdır:

“Bəstəkar bizə haradan gələcək? Mən bunu başa düşmürəm. Konservatoriya ildə 1 bəstəkar buraxır. Musiqi bizə hər zaman lazımdı. Mən savadlı adamam. Sovet vaxtında oxumuşam. Müharibə şəraitində bizə bəstəkar lazım deyilsə, onda mən diplomumu bir kənara atım? Təbii ki, hərbi ilə bağlı hər zaman musiqi və şeirlər də olmalıdır?”

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti