`İsmayıllı məhbusları` prezidentdən əfv istədi
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilir ki, 2012-ci il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə bir neçə nəfər istintaqa cəlb edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev və Vasif İbrahimov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


