“Təhsil islahatları 10 il sonra nəticə verir” - Millət vəkili

  20 Noyabr 2014    Oxunub : 902
“Təhsil islahatları 10 il sonra nəticə verir” - Millət vəkili
“Təhsil və elm sahəsində ciddi islahatlar həyata keçirilir. Lakin işlərin nəticəsinin müəyyən zamana ehtiyac var. Misal olaraq, I sinifdə görülən işlərin nəticəsini 10 ildən sonra görürük”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev parlamentin bu gün keçirilən plenar iclası zamanı deyib.
Komitə sədri çıxışı zamanı bir neçə təkliflərlə çıxış edib. Belə ki, o, müəllimlərin attesasiyadan keçirilməsi işlərinin sürətləndirilməsini təklif edib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür, lakin işləri daha da sürətləndirməliyik.

O, eyni zamanda orta təhsil müəssisələrində həftəlik tədris yükünü aşağı salınmasını və əmək haqqlarının artırılmasını təklif edib.

Daha sonra çıxış edən Sosial siyasət komitəsinin üzvü, Azərbaycan Tibb Universitenin rektoru Əhliman Əmiraslanov isə çıxışı zamanı gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan xərclərin artırılmasını yüksək qiymətləndirib.

Ə. Əmiraslanov çıxışı zamanı onu da qeyd edib ki, Azərbaycanda adam başına düşən səhiyyə xərclərinin miqdarı aşağıdır: “İnanıram ki, bu yaxınlarda "İcbari tibbi sığorta haqqında" qanun layihəsi qəbul olunacaq və bununla da adam başına düşən sığorta xərclərinin miqdarı xeyli artacaq”.

Sevinc İltifatqızı

Teqlər: