`Helikopterin vurulması ermənilər tərəfindən təşkil edilib`
Hikmət Hacıyev qeyd edib ki, helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.
XİN rəsmisinin sözlərinə görə, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilib.
Hikmət Hacıyev qeyd edib: "Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın Azərbaycana qarşı terror əməlləri davam etdirilmiş, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilmiş, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilmişdir".
Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsinin törədilməsi sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilmiş və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməmişdir: " Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir. Bu ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gündə münaqişənin sülh yolu həlli ilə əlaqədar hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


