Cəbhə kəndlərində mühafizə divarları - VİDEO
Məsələ ilə bağlı danışan iş icraçısı Qasım Hacıyev bildirib ki, Ağdam kəndinin məktəbi, bağçası erməni gülləsinə tuş gəlir: “Ona görə də belə bir layihə verilib. Lazımi hündürlükdə məktəbə mühafizə divarı çəkilir. Uşaq bağçasına da yeni istinad divarı çəkilib, yaxın günlərdə başa çatacaq”.
Kəndin ermənilərin atdığı güllələr nəticəsində ziyan görən evləri də yenilənir. Burada 13 yeni ev tikilib və 50 evdə təmir bərpa işləri aparılıb. Düşmən gülləsindən ziyan görən bütün qəzalı evlərin mərhələli şəkildə bərpası və yenidən tikilməsi nəzərdə tutulur.