`Microsoft, Apple şirkətləri də mənimdir` - Deputat
C. Osmanlı AzVision.az-a açıqlamasında bildirib ki, onun “nurçu” olması ilə bağlı yayılan xəbərlər yalandır:
“İstənilən rəqəmi sıfıra vuranda cavab yenə də sıfır olur. Bu olmayan bir şeydir. Bunu da hər kəs bilir. Bu haqqda yazan jurnalistlərin özləri mənə deyirlər ki, bu məlumatların yalan olduğunu özümüz bilirik. Onlar maraqlı mövzu axtarışındadırlar. Nə istəyirlər yazsınlar. Mən heç kəsdən incimirəm. Yəqin ki sabah yazılacaq ki, Microsoft, Apple şirkətləri də mənimdir. Silikon vadisinin də mənim olduğunu yazsınlar”.
Daha sonra C. Osmanlı qeyd edib ki, o, hər zaman Azərbaycançılıq ideologiyasına xidmət edəcək:
“Azərbaycanın bir ideologiyası ola bilə, o da Azərbaycançılıq ideologiyasıdır. Azərbaycanın bir yolu ola bilər o da inkişaf yoludur. Bu yol Heydər Əliyev və İlham Əliyev yoludur. Mən həmişə Azərbaycançılıq ideologiyasına xidmət etmişəm. Bundan sonra da bu ideologiyaya xidmət edəcəyəm. Mən 18 yaşımdan bəri ictimai fəaliyyətdəyəm. Hər zaman Heydər Əliyev və İlham Əliyev yoluna xidmət etmişəm. Bundan sonra da Heydər Əliyev yolunda ona qarşı olan qüvvələrlə mübarizəmi davam etdirəcəyəm”,-deyə millət vəkili qeyd edib.
Hafiz Əhmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


