`Rəsul Quliyev şou-biznes adamıdır`

`Rəsul Quliyev şou-biznes adamıdır`
  21 Noyabr 2014    Oxunub:1840
“Rəsul bəyə məsləhət görərdim ki, ağsaqqal vaxtında özünü daha da gözdən salmasın. Qocalığını rahat, səviyyəli şəkildə keçirsin”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Rəsul Quliyevin Müsavatın qurultayı və yeni başqanı haqqında tənqidi fikirlərini şərh edərkən deyib.

O vurğulayıb ki, Rəsul Quliyevin siyasi potensialı tükənib və Azərbaycan cəmiyyətində qeyri-ciddi siyasətçi imici formalaşdırıb:

“Ciddi siyasi polemikalarla gündəmə gələ bilmədiyini gözəl bilir. Ona görə də indi şou-biznes fəaliyyəti ilə gündəmdə qalmağa çalışır, hər hansısa güclü siyasətçiyə, güclü partiyaya söz atır. Bilir ki, onların vasitəsilə gündəmdə qalır. Bunu Rəsul bəyə yaraşdırmıram, onun vəziyyətinə acıyıram. Belə ifadələr işlətmək ciddi siyasətçiyə yaraşmaz”.

T.Abbaslı vurğulayıb ki, Arif Hacılı kifayət qədər təcrübəli və ciddi siyasətçidir:

“Rəsul Quliyevin həddi deyil ki, Müsavat Partiyasının rəhbəri haqqında nəsə desin. Ümumiyyətlə siyasət barədə danışmasa daha yaxşı olar, elə xatirələrdə necə qalıbsa elə də qalsın”.

Qeyd edək ki, Rəsul Quliyev Müsavat Partiyasının qurultayından sonrakı vəziyyətini şərh edərkən başqan Arif Hacılını seçkini saxtalaşdırmaqda ittiham edib və təklif edib ki, Arif Hacılı başqanlıqdan istefa verib rayon müxbirliyinə qayıtmalıdır.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti