“Azərbaycanda dönər bişirənlər belə yox idi...”
Millət vəkilinin sözlərinə görə, bir vaxtlar Azərbaycanın tikinti sektorunda, tikinti şirkətlərində çalışanların çoxu Türkiyədən olan insanlar, mütəxəssislər, miqrantlar idi:
“Bunun özünün də Azərbaycanın tikinti sektorunun inkişafına çox böyük müsbət təsirləri oldu. Bunun nəticəsində Azərbaycan tikinti sektoru böyük inkişaf yoluna qədəm qoydu. Ancaq son illər bu sahədə və digər sahələrdə öz mütəxəssislərimiz yetişib və qardaş Türkiyədən bununla bağlı Azərbaycana gələn miqrantların sayı azalmaqdadır"-deyə, H. Rəcəbli sözlərinə əlavə edib.