Zibilin içindən silah-sursat tapıldı - FOTOLAR

Zibilin içindən silah-sursat tapıldı - FOTOLAR
  22 Noyabr 2014    Oxunub:2385
Məişət tullantıları arasından silah-sursat hissələri aşkar edilib
Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. Tapılmış əşyalar polisə təhvil verilib.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qurum təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:

1) 161 ədəd 7.62 çaplı təlim patronu
2) 38 ədəd 7.62 çaplı patron
3) 9 ədəd 5.45 çaplı patron
4) 2 ədəd radioötürücü
5) 1 ədəd radioötürücünün cərəyan dolama cihazı
6) 1 komplek hərbi durbin
7) 1 ədəd PDM-2 30 mm-lik mərmisi
8) 1 ədəd tüfəng qundağı



Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

AzVision.az


Teqlər:





Xəbər lenti