Oqtay Şirəliyeva şikayət etdilər

  22 Noyabr 2014    Oxunub : 1092
Oqtay Şirəliyeva şikayət etdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam edir.

Şəhərlərdə və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq noyabrın 22-də Yevlax Mərkəzi Rayon Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevir şəhərinin, habelə Yevlax, Goranboy, Ağdaş, Göyçay, ZərdabUcar rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşlar əsasən işə qəbul, müalicə, xəstəxanaların təmiri məsələləri və səhiyyənin başqa problemləri ilə əlaqədar nazirə müraciət ediblər.

Qəbulda vətəndaşların qaldırdıqları məsələlərə müvafiq qurumların əməkdaşlarının iştirakı ilə baxılıb, bəzi məsələlər elə yerindəcə həll edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər təyinatı üzrə digər icra orqanlarına göndərilməsi üçün qeydiyyata alınıb.

Teqlər: