`28 May` 3 ildən sonra bağlanacaq
Belə ki, “28 May" stansiyası "Yaşıl xət"lə "Qırmızı xətt"in ayrılması ilə əlaqədar təmirə bağlanacaq. Bununla əlaqədar "Fransanın "Bouygues Travaux Publics" şirkəti ilə müqavilə imzalanıb və yaxın günlərdə tikinti işlərinin icrasına başlanacaq. Yaşıl və qırmızı xətlərin ayrılması üçün hər biri 100 metr olmaqla iki tunel hazırlanacaq. İşin yekunlarına yaxın isə "28 May" stansiyası 5 həftə müddətinə bağlanacaq.
Stansiyanın bağlı olması ilə əlaqədar "Həzi Aslanov" və "Dərnəgül" stansiyalarından gələn qatarlar "Nizami" stansiyasından geri qayıdacaq.
Bununla bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, bu işlərin işin icra müddəti 38 aydır.
Metropoliten rəsmisinin sözlərinə görə, görüləcək işlərin 32-ci ayından etibarən isə "28 May" stansiyası 5 həftə bağlı qalacaq :
“ Artıq işə başlanılıb. “28 May" stansiyasının 5 həftə bağlanması isə təxminən 3 ildən sonra olacaq”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


